22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Zakir Həsənov və Hulusi Akar ermənilərin Gəncəyə xain hücumunu müzakirə etdi

Read Time:27 Second

 31 

Zakir Həsənov və Hulusi Akar ermənilərin Gəncəyə xain hücumunu müzakirə etdi
Ipmedia.info xəbər verir ki,Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.

 

Hulusi Akar işğalçı Ermənistan ordusunun gecə vaxtı Azərbaycanın iki böyük şəhərinə dinc sakinlərin yaşadığı yerlərə xain hücumunu kəskin qınayıb.

“Ermənistan müharibə cinayətləri törətməyə davam edir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr edir”, – deyə o bildirib.

Hulusi Akar Füzulinin işğaldan azad edilməsi və Azərbaycanın mülki yaşayış yerlərinə hücum edən Ermənistanın “Su-25” hərbi təyyarəsini vurması münasibətilə də təbrik edib.

0