24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Yoluxma olarsa, məktəb və ya sinif bağlana biler- Təhsil nazirliyi

Read Time:45 Second

 72 

“Valideynlərə müraciət edirik ki, övladınızın səhhətində hər hansı problem, COVİD-e bənzər simptomu varsa, məktəbə gətirməyin”.

İpmedia.info xeberchi.az -a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinde tədris  və təlim- tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarın həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sozlerine gore, kimsə dərman içib, hərarəti salıb, məktəbə gələ bilər:

“Biz bütün şagirdləri bu cür yoxlaya bilmərik. Türkiyədə xüsusi iltizam formaları var ki, valideyn öhdəlik götürür. Ailədə simptom varsa, ilk olaraq məktəb rəhbərliyinə məlumat verirlər və dərsə aparmırlar. Belə problem yaranarsa, Təhsil Nazirliyinin yanında da bir Operativ Qərargah olacaq, orada gündəlik yoluxanları birbaşa nəzarətə götürüb, Gigiyena və Epidemiologiya Mərkəzi, Səhiyyə Nazirliyi və TEBİB-le birge izleyeceyik. Əgər hər hansı müəllim və ya sagirdde virus aşkarlanarsa, qərar veriləcək ki, sinif lokal ve ya məktəb ümumilikdə bağlansın. Ona görə valideynlər buna diqqət etmelidir”.

0