29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Yerevanda ermənilər Rusiyaya getmək tələbi ilə aclıq aksiyasına başladılar

Read Time:19 Second

 298 

Rusiyaya getməyi tələb edən bir qrup Ermənistan vətəndaşı Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.

Bu barədə ipmedia.info “News.am”a istinadən xəbər verir.

Etirazçılar danışıqlar aparmağı və Rusiya ilə sərhədin açılmasına nail olmağı tələb edirlər.

Ermənistan mətbuatı qeyd edib ki, son həftələr vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirirlər, ancaq onların problemi hələ həll olunmamış qalır.

0