merry christmas

Yeni İliniz Mübarək

Read Time:1 Minute, 12 Second

 130 

Bu ilin doqquz ayında Yardımlı rayonunda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 54 milyon 215 min manatlıq, o cümlədən 34 milyon 110 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 milyon 105 min manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 3,4 faiz azalıb.

Bu barədə  Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, istehlak məhsullarının dəyər ifadəsində 2,2 faizi ticarət müəssisələri, 97,8 faizi isə fərdi sahibkarlar tərəfindən realizə olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1 dəfə, fərdi sahibkarlar üzrə isə 0,08 faiz artıb.

Bu dövrdə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 88 manat olub. Bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 0,1 faiz çoxdur.

Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 55,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 32,6 manatlıq qeyri-ərzaq malları alıb. Bu, müvafiq olaraq ötən ilə nisbətdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,3 faiz çox, qeyri-ərzaq malları üzrə isə 3,5 faiz azdır.

İlin doqquz ayında rayonda qeyri-dövlət mülkiyyətinə aid hüquqi şəxs statuslu statistik subyektlər üzrə 724 min manatlıq topdansatış əmtəə dövriyyəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 547,7 min manat və yaxud 4,1 dəfə çoxdur.

İpmedia.info

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.