DÜNYA

Yaponiyanın yeni baş naziri bəlli oldu

 72 

İpmedia.info xəbər verir ki, Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Suga Yoşihide, parlamentdə keçirilən fövqəladə iclasda ölkənin baş naziri seçildi.

Yaponiyaparlamentinin aşağı palatası olan Nümayəndələr Palatasında (Shuugin) keçirilən iclasda parlament üzvləri ölkənin yeni baş nazirini seçmək üçün bir araya gəldilər.

Suga Yoşihide, LDP hakimiyyəti altındakı 465 yerlik Shuugiin üzvlərindən 314-nin səsini qazandı və Yaponiyanın yeni baş naziri oldu.

Suga, Covid-19 böhranından zərər görən iqtisadiyyatı stimullaşdırmaq da daxil olmaqla bir sıra problemlərlə qarşılaşır.

Nə olub?

Yaponiyada Baş nazir Shinzo Abe, sağlamlıq problemləri ilə əlaqədar avqust ayının sonunda baş nazir və partiya lideri vəzifəsindən istefa etdi.

İstefasından sonra hazırkı LDP millət vəkili, Nazirlər Kabineti Baş Katibi və Hökümət sözçüsü Yoşihide Suga, keçmiş Xarici İşlər Naziri və LDP Siyasət Araşdırmaları Şurasının sədri Kishida Fumio və keçmiş Müdafiə Naziri və keçmiş LDP Baş katibi Isiba Shigeru, LDP lideri olmaq üçün yarışdı.

LDP millət vəkillərinin və partiyanın əyalət təmsilçilərinin səslərini də daxil edən seçkilərdə verilən 534 səsdən 377-ni alaraq 71 yaşlı Suga partiya lideri seçildi.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.