Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmətə başlayıb

Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmətə başlayıb

Read Time:36 Second

 123 

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilən qərara əsasən 24 oktyabr saat 00:00-dan etibarən Xaçmaz rayonuna operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, bununla əlaqədar rayonun giriş-çıxış hissələrində postlar qurulub, Xaçmaz Rayon Polis Şöbəsinin və Daxili Qoşunların əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində xidmət aparılır.

Ipmedia.info xəbər verir ki,müvəqqəti  quraşdırılmış postlarda rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri yoxlanılır və həmin şəxslər aidiyyəti üzrə qeydiyyatda olduqları ünvanlara yönləndirilirlər. Bundan əlavə, şöbə əməkdaşları rayon ərazisində də profilaktiki reydlər apararaq, sakinlərə həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verirlər

0
Ölkə