SİYASƏT

Xələf Xələfov:”Azərbaycanla Türkiyə arasında viza rejimi olmamalıdır”

 69 

https://www.ipmedia.info  XİN -ə istinadən xəbər verir ki, “Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki, iki ölkə arasında viza rejimi olmamalıdır. İki ölkə arasında gediş-gəlişin asanlaşdırılması üçün müxtəlif üsullar var və müəyyən tədbirlərin görülməsi tələb olunur. Türkiyə artıq şəxsiyyət vəsiqəsi ilə səfərləri bəzi ölkələrlə həyata keçirir. Niyə bu, Azərbaycanla da olmasın?

Türkiyəyə səfəri zamanı XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdə müvafiq məsələ müzakirə olunub. İşçi qrupları səviyyəsində təmaslar quruldu. Texniki baxımından bu məsələnin həyata keçirilməsi üçün sənədləşdirmə işləri aparılır. İnanıram ki, yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur”

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.