20 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Ukraynanın ən böyük aviaşirkəti Qarabağdakı vəziyyətə görə İrəvana uçuşları dayandırdı

Read Time:20 Second

 47 

 

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Azərbaycanla Ermənistan arasında münasibətlərin kəskinləşməsi səbəbilə İrəvana reysləri ləğv edir.

Bu barədə şirkətin “Facebook” hesabında məlumat yayılıb.

Sözügedən qərar şirkətin mütəxəssislərinin təşkil olunmuş brifinqdə risklərin təhlilini aparmasından sonra qəbul edilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib

0