24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Ukraynada təyyarə qəzası qurbanlarının sayı artdı

Read Time:29 Second

 52 

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki,

Ukraynanın Xarkov vilayətində An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs dünyasını dəyişib.  Bu barədə “İnterfaks” xəbər verib.

“Şənbə günü saat 10:50-yə olan məlumata görə, aviasiya fəlakəti nəticəsində xəstəxanada son dərəcə ağır vəziyyətdə olan insan vəfat edib”, – Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.

Bununla da təyyarə qəzası qurbanlarının sayı 26-ya yüksəlib.

Ümumilikdə təyyarənin göyərtəsində 27 nəfər olub. Bir yaralı xəstəxanada qalmaqdadır.

An-26 təyyarəsinin qəzaya uğraması səbəbindən sentyabrın 26-sı Xarkov vilayətində matəm günü elan olunub.

 

0