22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Ukrayna və Serbiya ombudsmanlarından Azərbaycana dəstək

Read Time:23 Second

 210 

ipmedia.info  oxu.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya Ukraynanın İnsan Hüquqları üzrə Parlament Müvəkkili və Serbiya Vətəndaşlarının Müdafiəçisi tərəfindən dəstək məktubları ünvanlanıb.

Bildirilib ki, Ukrayna və Serbiyadan olan həmkarları Ombudsmana məktublarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində yerləşən yaşayış məntəqələrinin hədəfə alınması ilə ağır artilleriyadan atəşə tutulması və insan tələfatı ilə nəticələnən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

Hər iki məktubda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub.

1+