Ukrayna Türkiyədən aldığı Bayraktar TB-2 pilotsuz uçuş aparatları və dronlarının sayını 48-ə çatdırmaq istəyir.

Ukrayna Türkiyədən aldığı Bayraktar TB-2 pilotsuz uçuş aparatları və dronlarının sayını 48-ə çatdırmaq istəyir.

Read Time:28 Second

 204 

Ukrayna Türkiyədən aldığı Bayraktar TB-2 pilotsuz uçuş aparatları və dronlarının sayını 48-ə çatdırmaq istəyir. Eyni zamanda, gələcəkdə Türkiyə ilə birlikdə dron istehsal etməyi planlaşdırır.
İPmedia.info xəbər verir ki, Bu haqda Ukraynanın müdafiə sənayesi naziri Oleq Urski məlumat verib. O, Türkiyəyə bu yöndə sərmayə qoymağa hazır olduqlarını deyib:
“Onlara bu dronların istehsalı üçün müəssisə lazımdır. Bu müəssisədə bizim mühəndislər çalışacaq. Şirkətin Ukraynaya dron satmaq və türkiyəli ortaqlarımızla beynəlxalq səviyyədə tərəfdaşlıq hüququ olacaq”.
Azərbaycan da Türkiyədən TB-2 dronları alır. Həmin dronların sentyabrın 27-dən başlanan Ermənistan-Azərbaycan qarşıdurmasında effektli olduqları müşahidə edilir.

0
DÜNYA