Read Time:31 Second

 133 

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov erməni silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərləri Bərdə və Tərtərdə mülki şəxslərə qarşı törədilməkdə davam edən qeyri-insani addımları şiddətlə qınayır.

İpmedia.info xəbər verir ki, Baş katib bunun insanlıq əleyhinə addım və beynəlxalq humanitar hüququn bütün mövcud normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilə biləcəyini vurğulayır. Bununla əlaqədar olaraq TÜRKPA beynəlxalq hüquq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında qısa zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.

Baş katib insanların həyatlarını itirmələri ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirib və yaralananlara şəfa diləyib.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.