24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Türkiyənin vitse-prezidenti Gəncə terrorundan yazdı

Read Time:27 Second

 16 

“Hərbi cinayətlər törətmiş terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə qadın, uşaq, yaşlı ayırmadan günahsız mülki insanları hədəf aldı və kirli üzünü bir daha göstərdi. Bunun adı xainlik, qorxaqlıq, haqq-hüquq tanımamaqdır”.

ipmedia.info bildirir ki, bu sözləri Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyənin vitse-prezidenti Fuad Oktay tvitter hesabında yazıb.

“Hər mövzuda sözü olan beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə səssiz qalması təəccüb doğurur. Heç bir insanlıq cinayəti cəzasız qalmaz. Can Azərbaycanın yanında daha güclü şəkildə olmağa davam edəcəyik”, – deyə Oktay əlavə edib.

0