Türkiyə XİN-dən Minsk qrupunun həmsədrlərinə çağırış

Türkiyə XİN-dən Minsk qrupunun həmsədrlərinə çağırış

Read Time:33 Second

 101 

Türkiyə Minsk qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri və beynəlxalq hüquq normalarına uyğun olaraq yekun həllinə yönəlmiş danışıqlar prosesinə başlamağa çağırır. IPmedia.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

Aksoy Minsk qrupunun səylərinin konkret nəticələr verməsi üçün Ermənistanın bu yaxınlarda atəşkəs rejimini pozmasını nəzərə alınmasının zəruri olduğunu qeyd edib.

Diplomat qeyd edib ki, Yerevan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yeni mərhələsi başlanandan bəri əldə edilmiş atəşkəs haqqında bütün üç razılaşmaya məhəl qoymayıb.

O xatırladıb ki, ABŞ-ın təşəbbüsü ilə oktyabrın 26-dan elan edilmiş son barışıq qüvvəyə mindikdən cəmi bir neçə dəqiqə sonra Ermənistan tərəfindən pozulub.

0
Dağlıq Qarabağ Münaqişəsi