01 Noyabr 2020

İpmedia.info

İnternational Press

Türkiyə MN: “Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan namərdcəsinə mülki yaşayış yerlərini vurdu”

Read Time:24 Second

 9 

Türkiyənin Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, yenidən Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Cəbhə xəttində qəhrəman Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan bir daha namərdcəsinə və qorxaqcasına Gəncədə mülki yaşayış yerlərini raketlə vurdu. Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir”.

1+