merry christmas

Yeni İliniz Mübarək

Read Time:1 Minute, 0 Second

 82 

Tarixdə bu gün

1957 — SSRİ Sputnik-2 peykində Layka adlı iti Yer orbitinə yollayıb.

Bəzi elm adamları insanların kosmosda sağ qala biləcəyini proqnozlaşdırırdı və əvvəlcə bir neçə heyvanın kosmosa buraxılmasının nəticəsini görmək, sonra isə insanların uçuşunu təmin etmək istəyirdilər. Soyuq müharibə zamanı SSRI və ABŞ arasında digər məsələlərdə olduğu kimi kosmik tədqiqatlarda da yarış hökm sürürdü. SSR 1957 ci ilin noyabrında “Sputnik 2” kosmos gəmisini bir heyvanla kosmosa göndərməyi düşündü. Bu heyvan Layka adlı bir it idi. Layka heç bir şeydən xəbərsiz küçə iti idi. Lakin bir gün o özünü kosmik tədqiqat mərkəzlərinin soyuq otaqlarında tapdı. Layka kosmosa göndərilən və orada ölən ilk canlı oldu. Bu elm üçün vacib bir şey olsa da nəticədə istənilməyən bir səyahət idi.

Laykadan əlavə kosmosa göndərilmək üçün digər 2 it də var idi. Lakin bir neçə həftəlik təlimlərdə iştirak edən itlər arasında Layka daha ağıllı və itaətkar idi. Buna görə də bu elmi tədqiqatın qurbanı məhz Layka oldu.
Layka kosmosa göndəriləndən sonra bu hərəkət bütün dünyada mübahisəyə səbəb oldu. Milli Köpək Müdafiə Liqası da bütün ölkəni hər səhər saat 11 də bir dəqiqlik sükuta dəvət etdi. New Yorkdakı it sahibləri BMT qarşısında hərəkətə keçdilər.
Rəsmi açıqlamalara görə, Laika ağrısız qalxdıqdan bir həftə sonra öldü.

Müəllif: Humay Xəlilova

1+

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.