merry christmas

Yeni İliniz Mübarək

Read Time:47 Second

 500 

Tarixdə bu gün

12 il əvvəl bu gün- 4 noyabr 2008ci ildə ABŞda Demokratların namizədi Barak Obama prezident seçilmişdir. O ABŞ tarixində ilk qaradərili prezident oldu.

Bu seçimlərdə Hillari Klinton, John Edwards, Joe Biden, Christopher Dodd və Bill Richardson kimi bir çox tanınmış siyasətçi var idi.

İpmedia.info xəbər verir ki, Barak Obama, səslərin 52% -ni qazanaraq ABŞ-ın 44-cü prezidenti seçildi. Obama qazandığı səs nisbəti və qazandığı əyalətlər baxımından son 30 ildə heç bir Demokrat Partiya prezidentliyinə namizədin qazana bilmədiyi bir müvəffəqiyyət əldə etdi. Demokrat Partiya Obamanın namizədliyi altında son seçkilərdə Virginia, Florida və Ohio kimi daima Respublikaçılara səs verən əyalətləri qazana bildi. Seçki qələbəsindən sonra etdiyi danışmada Obama, ABŞ-ın gələcək dövründə çətinlik və səhvlərin ola biləcəyini və yaşanacaq problemlərin vətənpərvərliklə aşılacağını bildirdi.

Barak Obama, George W. Bush’dan vəzifə aldı və Prezident Abraham Linkoln tərəfindən 20 yanvar 2009-cu il tarixində, andiçmə mərasimində istifadə edilən İncilin andını içərək rəsmi olaraq ABŞ prezidenti oldu.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.