Tailand Krallığında yaşayan azərbaycanlılar tərəfindən Qarabağ müharibəsi zamanı həlak olanların xatirəsi anılıb…

Tailand Krallığında yaşayan azərbaycanlılar tərəfindən Qarabağ müharibəsi zamanı həlak olanların xatirəsi anılıb…

Read Time:32 Second

 94 

Tailand Krallığında yaşayan azərbaycanlı icmasının fəallarından olan Gündüz Qasımlının təşəbbüsü ilə bu ölkənin Phuket şəhərində işğalçı Ermənistan ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi terror aktlarının qurbanlarının xatirəsi anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən İPmedia.info-ya bildirilib ki, anım tədbirində azərbaycanlılarla yanaşı, yerli sakinlər və digər xalqların nümayəndələri də iştirak ediblər. Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun Gəncədə və Bərdədə törətdiyi terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkillərinin önünə gül dəstələri düzüblər.

Bildirilib ki, təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən müxtəlif şəhər və rayonlarında dinc əhalini qəsdən hədəfə alaraq onlarca günahsız insanı, xüsusilə də məsum uşaqları qətlə yetirməsi insanlıq əleyhinə cinayətdir.

0
ƏSAS SƏHİFƏ