merry christmas

Yeni İliniz Mübarək

Read Time:39 Second

 109 

 

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirusun (COVID-19) kütləvi yayılmasının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

İpmedia.info xəbər verir ki, Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisindəki ticarət mərkəzlərində, aptek və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda mütəmadi olaraq reydlər keçirir, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə izahedici söhbətlər aparırlar.

Bundan əlavə, insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında xidmət aparan polis əməkdaşları sosial məsafəni gözlənilməsinə nəzarət etməklə yanaşı, sakinlərə tibbi maska paylayırlar.

Həmçinin, RPŞ-nin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.

 

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.