22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Silahlı Qüvvələr Yardım Fonduna ödənilən ianələrin köçürülməsi alətləri və imkanları genişləndirilib

Read Time:1 Minute, 1 Second

 744 

Azərbaycan Mərkəzi Bank (AMB) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətlərini və imkanlarını genişləndirib. Fonda ediləcək ianələrin AMB-nin operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

İpmedia.info xəbər verir ki, AMB-dən verilən məlumata görə, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan “Azərpoçt” MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (“Android” və “iOS” platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib.

Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri:

Bankın adı:

Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı

Bankın ünvanı:

Azərbaycan, Bakı şəhəri, Z. Bünyadov, 30/12, bina 5A

Bankın telefonları:

(012) 562 99 41, (012) 562 93 37

Kod:

805584

VÖEN:

9900001881

Müxbir hesabı:

AZ03NABZ01350100000000002944

SWİFT Code:

IBAZAZ 2X

Benefisiarın adı:

S.Q.Y.F MN

VÖEN:

1300162621

Hesablaşma hesabları:

 

AZN

AZ98IBAZ38040019449930010202

ABŞ dolları

AZ88IBAZ38140018409930010202

Avro

AZ68IBAZ38140019789930010202

Rusiya rublu

AZ08IBAZ38140018109930010202

0