21 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Şair ruhu Allahın bəxş etdiyi haqqa doğru yolun bir başlanğıcıdır-Gənc Şairlə Müsahibə

Read Time:1 Minute, 21 Second

 54 

Özünüzü təqdim edin

-Mən Nuriyev Arif Firdovsi oğlu 1992 ci ildə Tovuz rayon Çeşməli kəndində anadan olmuşam Hal hazırda da Çeşməli kəndində yaşayıram.

İlk şeirlərinizi yazmağa nə vaxt başladınız?

-2005 ci ildən şeir yazmağa başlamışam

Ən çox hansı mövzuda şeir yazırsınız?

-Şeirlərimin mövzusu daha çox Ümumbəşəri problemləri əks etdirən və təbiət mövzusunda olan şeirlərdir

Sizcə şair ruhlu sözünün tərifi nədir?

-Şair ruhu dedikdə Şair Allahın yer üzünə bəxş elədiyi bəndələrin seçilmiş bəndələrindəndir. Şair ruhu qəmlə üz-üzə haqq-ədalətin bərpası üçün tarixin sınaqlarından çıxmış bir ruhdur.

Bu günə qədər təqribi neçə şeir qələmə almısınız?

– Bu günə qədər 200-dəb artıq müxtəlif növdə şeirim var. Qoşma , Gəraylı, Təcnis, Cığalı Təcnis, Müxəmməs,Dodaqdəyməz, ve s.

Şeirləriniz harada çap edilib? kitab qəzet vəs

Müxtəlif nəşriyyatlarda çap olub şeirlərim məsələn Təknur nəşriyyatı,Uni Print mətbəəsi Haqqin səsi qəzeti. Kitablarım( Kim-kimdir, Yeni uğur ) və s.

Şairlik sizcə xüsusi istedaddır yoxsa nəsildən nəsilə keçir?

-Şairlik istedadı Allahin bəxş etdiyi haqqa doğru yolun başlanğıcıdır. Bu yolda çətinliklər də olur amma Allah həmin çətinliklərlə şairi sınağa çəkir.

Təxəllüsünüz ənənəvi təxəllüsdür özünüz gənc olmağınıza baxmayaraq bu təxəllüsü götürməyinizin səbəbi nədir?

-Mən həmişə adət-ənənələrə fikir verən və həmin ənənələri şeirlərimdə əks etdirən bir şair kimi fəaliyyət göstərmişəm. Dağlaroğlu təxəllüsünü götürməyimin başlıca səbəbi mənim təbiətə vurğunluğum ve doğulduğum, hal hazırda yaşadığım Çeşməli kəndinin sıra dağlar ilə əhatə olunmasıdır.

Son olaraq müsahibə və mənim haqqımda fikirləriniz və gənc şairlərə məsləhətləriniz

-Müsahibə çox yaxşı keçdi bəzi araşdırmaçıların vermədiyi sualları mənə verdiniz. Gənc şairlərə də sözüm budur ki köhnə adət ənənələri də unutmayaraq şeirlərində yeni fikir gətirsinlər.

 

Bu  “Dağlar” şeirimdir. Şair Şücayət Kəlbəcərlinin “Dağlar” şeirinə nəzirədir. Yəqinki oxucularımız tərəfdən müəyyən  kütləni maraqlandırar.

2+