merry christmas

Yeni İliniz Mübarək

Read Time:51 Second

 55 

Şabranlı fermerlər bu il güzəştli şərtlərlə 1355 ton meniral gübrə əldə ediblər.

Ipmedia.info xəbər verir ki, təsərrüfatçılar yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi vasitəsilə mineral gübrə ala bilirlər.

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz regional nümayəndəliyinin Şabran bölməsinə bu il 2 min 73 ton gübrə verilib. Hazırda mövsümi mineral gübrələrdən ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoskanın güzəştli şərtlərlə satışı davam edir.

Yeni subsidiya qaydalarına əsasən, gübrə alışında 70 faiz güzəşt fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30 faiz dəyər isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün tam dəyər isə “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir.

Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor əvəzi Fəxrəddin Osmanov bildirib ki, dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, tətbiq edilən yeni becərmə üsulları rayonda taxıl istehsalının ilbəil artmasına səbəb olur.

Bu il Şabran rayonunda 15 min 500 hektar sahədə payızlıq taxıl səpini həyata keçiriləcək. Bunun 9 min hektarını buğda, 6 min 500 hektarını isə arpa təşkil edir.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.