Səudiyyə Ərəbistanında Fransa konsulluğunun gözətçisini bıçaqladılar

Səudiyyə Ərəbistanında Fransa konsulluğunun gözətçisini bıçaqladılar

Read Time:24 Second

 159 

 

Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerli vətəndaş Fransa konsulluğunun gözətçisini bıçaqladığı üçün həbs olunub.

 

İpmedia.info xəbər verir ki,  barədə English.alarabiya.net məlumat yayıb.

Kişinin gözətçini bıçaqlamaq üçün “iti alət”dən istifadə etdiyi bildirilir.

Mühafizəçi xəstəxanaya aparılıb.

Qeyd edək ki, bu gün Fransanın Nitsa şəhərində bir qadının başı kəsilib və iki nəfər öldürülüb. Eyni zamanda, Fransanın Avinyon şəhərində bir şəxs insanları bıçaqla təhdid etdikdən sonra polis tərəfindən vurulub.

Hücumların bir-biri ilə əlaqəli olub-olmadığı məlum deyil.

0
HADİSƏ