merry christmas

Yeni İliniz Mübarək

Read Time:33 Second

 180 

“Oğlum bir gün gəldi ki, bir tələbə yoldaşım var kirayə qaldığı evdən çıxıb, ev tapana qədər olar bizdə qalsın? Dedim gəlsin bizdə qalsın və ev axtarmasın səninlə bərabər qalsın bizdə. Gəldi və qaldı ailəmizin bir üzvü oldu Əmrah. Oğul olmuşdu mənə. Əsgərliyə özüm yola salmışdım, görüşünə getmişdim Əmrah balamın. Xəyalları arzuları vardı. Heyif yarım qaldı xəyalları, bəlkə də xəyallarının ən pik nöqtəsinə çatdı Əmrah. O şəhid oldu. Sənin qanın yerdə qalmaz mənim balam. Bu gündən mən də tam qələbə çalana qədər cəbhə bolgəsində olacam. Söz verirəm sənin şəhid olduğun yerdən bir ovuc torpaq götürüb sənin məzarına səpəcəm”.

İPmedia.info xeber verir ki, bu sözləri hüquqşünas, aparıcı Zülfiyyə Bayramova deyib.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.