Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var

Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var

Read Time:20 Second

 1,013 

Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 2000-ci il təvəllüdlü Qasımov Eldəniz Məhərrəm oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, avtomobildə olan bir nəfər sərnişin isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

0
ƏSAS SƏHİFƏ HADİSƏ