22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Şəhərlərimizin adlarını silin, hər yerə Gəncə yazın…

Read Time:1 Minute, 14 Second

 16 

 

Türkiyənin məşhur köşə yazarı Yılmaz Özdil son yazısında Ermənistanın sivilləri hədəf alan terrorçu siyasəti və Gəncə şəhərinin vurulmasına toxunub.

ipmedia.info “qafqazinfo”-ya istinadən xəbər verir ki,məqalə “Sözcü” qəzetində yayımlanıb. Yazıdan bəzi hissələri təqdim edirik:

Atəşkəs rejimini pozan Ermənistan ordusu İzmirə raket hücumu həyata keçirmişdi.

Bursaya ard-arda endirilən və evləri hədəf alan raket zərbələri səbəbindən 4-ü qadın olmaqla 11 mülki şəxs həlak olmuşdu.

Hərbi cinayətlər törədən Ermənistan keçən həftə də mülki insanları hədəf almış, Elazığa raket hücumunda yaralananlar olmuşdu.

Prezident Sarayından verilən açıqlamada, “Qarsa edilən raket hücumu və mülki insanların hədəf alınması, Ermənistanın bir daha terrorçu dövlət olduğunu göstərdi”,- deyə bildirilmişdi.

Ermənistanın “Çankırı”ya etdiyi raket hücumu ilə əlaqədar Rusiya Xarici İşlər nazirinə zəng edən Türkiyə XİN rəhbəri “Ermənistanın İzmirə raket hücumlarını şiddətlə qınayırıq”,- deyə bildirmişdi.

Müdafiə Nazirliyi Ermənistandan Bursaya raket hücumunun qəbuledilməz olduğunu bildirərkən, TBMM ortaq bir bəyanat yayaraq, Ermənistanın Qazieantepə hücumunu qınamış, erməni raketlərinin Elazığı vurduğu anlar isə mobil telefonlarla saniyə-saniyə qeydə alınmışdı.

Bu narahatedici cümlələri elə bir az narahat olaq deyə yazdım.

Qəzetlərimizdə dərc olunan xəbərlərdən topladım.

Şəhərlərimizin adlarını silin … Hər şəhərin yerinə Gəncə yazın. Çünki Ermənistanın raketlərlə hücumuna məruz qalan Azərbaycandakı Gəncə şəhəri yuxarıda göstərilən şəhərlərin “qardaş şəhəri”dir…

Ermənistanın mülki insanlara raket hücumu dünyaya bir daha göstərdi ki, yüz ildir “soyqırıma məruz qaldıq” deyən Ermənistan, günahsız mülki şəxslərin öldürülməsi üzrə peşəkardır. Bəşər tarixi üçün bir daha nümunə oldu…

Ermənistan mərdcəsinə mübarizə aparmaq əvəzinə, günahsız qadın və uşaqları bax belə xaincəsinə öldürür və sonra “qurban oldum” deyə ağlayır.

0