25 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Səfir: “İran-Azərbaycan münasibətləri digərləri üçün nümunədir”

Read Time:59 Second

 100 

Ipmedia.info APA.az-a istinadən xəbər verir ki,qonşu ölkələr arasında İranla Azərbaycanın münasibətləri digərləri üçün nümunədir.

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

“İki ölkə arasında mövcud əlaqələr, bağlar digər ölkələrlə yoxdur. Bu bağlar ona səbəb olur ki, mən özümü Bakıda qərib hiss etməyim. Ölkələr və xalqlar arısında bağlar dərindir. İki ölkənin rəhbərləri arasında səmimi münasibətlər mövcuddur. İran və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər yaxın olmayıb. Prezident İlham Əliyevlə yaxşı görüşüm oldu. İstisna bir görüş idi. Səmimi və səmərəli bir görüş idi. Və ilhamverici bir görüş idi. O, iki ölkə arasında münasibətləri dərindən bilir. Həm ikitərəfli, həm regional, həm də beynəlxalq platformadakı münasibətləri bilir. Prezident iki ölkə arasında münasibətləri yaxınlaşmasında möhkəm iradəyə malikdir. Mənim üçün bu ölkədə səfir olaraq onun sözləri önəmli idi. İran üçün qonşularla münasibət prioritet təşkil edir. Qonşu ölkələr arasında  Azərbaycan münasibətlərimiz digərləri üçün nümunədir”, – deyə səfi bildirib.

O həmçinin bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və hakimiyyətinə xüsusi hörmət qoyur. İki ölkə atasında siyasi münasibətlərə yüksək səviyyədədir, lakin iqtisadi əlaqələr hələ o səviyyədə deyil: “Missiyam dövründə çalışacağam ki, iqtisadi əlaqələrimiz də siyasi əlaqələr səviyyəsinə yüksəlsin. Bunun üçün çox böyük potensial var”.

0