Rusiyalı politoloq: Azərbaycan postsovet məkanında kifayət qədər böyük təsirə malikdir, buna etinasız yanaşmaq olmaz

Rusiyalı politoloq: Azərbaycan postsovet məkanında kifayət qədər böyük təsirə malikdir, buna etinasız yanaşmaq olmaz

Read Time:1 Minute, 38 Second

 97 

Azərbaycan Belarusdan tutmuş Qazaxıstana qədər postsovet məkanında kifayət qədər böyük təsirə malikdir, buna etinasız yanaşmaq olmaz. Bu səbəbdən, mən hesab edirəm ki, Vladimir Putin müstəqil hakim kimi indiki distansiyanı saxlamaqda davam edəcək.

Bu barədə müsahibəsində politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev bildirib.

A.Karavayev qeyd edib ki, Moskva özünün “hibrid bitərəf” strategiyasını qoruyur. O deyib: “Bu, Rusiyanın iki tərəfdaş-dostlarının öz aralarında müharibə vəziyyətində yeganə mümkün formadır. ATƏT-in Minsk qrupunda bu seçim təkcə Rusiya qarşısındadır, belə ki, məhz Rusiya region ölkələrinin qarşılıqlı fəaliyyətini ümumi sosial-iqtisadi ansambla qoşur. Buna görə Rusiya çox mürəkkəb manevr etməlidir – bir tərəfdən Ermənistan üçün müttəfiqlik reputasiyasını qoruyub saxlamaq, digər tərəfdən müharibəyə Ermənistanın tərəfində qoşulmadan Azərbaycan üçün aparıcı siyasi və iqtisadi tərəfdaş nüfuzunu qoruyub saxlamaq lazım gəlir”.

Ekspertin fikrincə, Moskva və Bakı arasındakı münasibətlərin böhranı Rusiyanın Cənubi Qafqazda nüfuzunun aşağı düşməsi ilə nəticələnə bilər. “Əlbəttə, bu mənada Türkiyə üçün asandır. Bununla belə, Moskva daha çox riskə gedir. Axı Bakı ilə münasibətlərdə böhran başlasa, o halda nəinki Cənubi Qafqazda Rusiyanın nüfuzu azalar, həm də MDB və Avrasiya İqtisadi Birliyindəki inteqrasiya dairəsində qarşılıqlı fəaliyyət mürəkkəbləşə bilər. Məsələ ondadır ki, Azərbaycan Belarusdan tutmuş Qazaxıstana qədər postsovet məkanında kifayət qədər böyük təsirə malikdir, buna etinasız yanaşmaq olmaz. Bu səbəbdən, mən hesab edirəm ki, Vladimir Putin müstəqil hakim kimi indiki distansiyanı saxlamaqda davam edəcək”, – deyə o vurğulayıb.

A.Karavayevin fikrincə, gələcək danışıqlar Bakının maraqları nəzərə alınmaqla aparılacaq. Ekspert sonda deyib: “Azərbaycan faktiki olaraq Madrid prinsiplərinin ilk bəndlərini öz gücü ilə həyata keçirib. Əslində bu, Bakının hüququdur. Gələcək danışıqların yeni platforması cari reallıqlara əsaslanacaq. Qaytarılmış ərazilərin bir hissəsində iqtisadi bərpa üçün hazırlıq işləri aparılır. Beləliklə, cəmi iki ay bundan əvvəl Minsk qrupu həmsədrlərinin sərəncamında olan danışıqlar paketinin bir hissəsi artıq tarixin çevrilmiş səhifəsidir. İndiki qondarma “DQR”in aqibətinin necə olacağı hələ məlum deyil. Lakin təbii ki, Bakının mövqeyi – Ermənistan silahlı qüvvələrinin tam çıxarılması və daha sonra Ermənistan və Azərbaycan arasında sərhədlərə sülhməramlıların yerləşdirilməsi artıq xəyal deyil, Azərbaycan maraqlarının cari reallıqlarıdır”.

İpmedia.info

 

 

0
Dağlıq Qarabağ Münaqişəsi DÜNYA