29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Rusiyalı hakerlər Co Baydenin seçki qərargahı ilə əməkdaşlıq edən şirkətin hesablarını ələ keçirməyə çalışıb

Read Time:44 Second

 120 

 

“Microsoft” şirkəti ABŞ prezidentliyinə namizəd Co Baydenin seçki qərargahı ilə işləyən konsaltinq şirkətinə xəbərdarlıq edib.

Dünyanın ən böyük transmilli şirkətindən bildirilib ki, prezident seçkilərində Demokratların namizədinin seçki qərargahında fəaliyyət göstərən şirkət Rusiya hökuməti tərəfindən dəstəkləndiyi iddia edilən hakerlərin hədəfindədir.

“Reuters” agentliyi xəbər verir ki, söhbət Co Bayden və digər tanınmış demokrat namizədlərin seçki strategiyasını hazırlayan və kommunikasiyalarını quran “SKDKnickerbocker” şirkətindən gedir.

Mənbə yazır ki, haker hücumları son iki ayda həyata keçirilib.

Kiber hücum “Fişinq” vasitəsi ilə həyata keçirilib, yəni hakerlər işçiləri aldatmaq yolu ilə onların şifrələrini ələ keçirməyə çalışıb.

Bununla belə, hakerlər şirkətin daxili şəbəkələrinə giriş əldə edə bilməyiblər.

“SKDKnickerbocker” şirkətinin vitse-prezidenti Hillari Rouzen və “Microsoft” şirkətinin nümayəndəsi “Reuters” agentliyinin hadisə ilə bağlı sorğusuna cavab verməkdən imtina ediblər.

Qeyd edək ki, rəsmi Vaşinqton və ABŞ-ın xüsusi xidmət orqanları 2016-cı ildə Rusiyanın Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinin nəticələrinə müdaxilə etməyə çalışdığını bəyan edib.

0