Rusiya Prezidenti İzmirdə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib

Rusiya Prezidenti İzmirdə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib

Read Time:23 Second

 176 

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İzmir vilayətində baş verən zəlzələ nəticəsində meydana gələn qurbanlar və dağıntılarla əlaqədar başsağlığı teleqramı göndərib.

Ipmedia.info Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, teleqramda deyilir: “İzmir vilayətində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və miqyaslı dağıntılar ilə əlaqədar dərin başsağlığımı qəbul edin. Həlak olanların doğmalarına və yaxınlarına olan rəğbət və dəstək sözlərini, habelə bu fəlakət nəticəsində xəsarət alanların hamısının tezliklə sağalması arzularımı çatdırmağınızı xahiş edirəm”.

0
DÜNYA