merry christmas

Yeni İliniz Mübarək

Read Time:20 Second

 289 

Rusiya Ermənistandan idxal olunan pomidora məhdudiyyət qoya bilər.  İPmedia.info xəbər verir ki, buna səbəb ölkəyə gətirilən tərəvəz növündə “pepino mozaika” virusunun aşkarlanmasıdır. 

Baytarlığa Nəzarət üzrə Federal Xidməti bildirib ki, Rusiyaya tədarük olunan tərəvəzlərdə sözügedən virus yenidən aşkarlanarsa, məhdudiyyət tətbiq olunacaq. Vurğulanıb ki, həmin virus təhlükəlidir, Rusiyada tərəvəz yetişdirilməsinə böyük ziyan vura bilər.

Bundan əvvəl Federal Xidmət eyni səbəblərdən Niderland, Belçika və Fransadan pomidor idxalını qadağan etmişdi.

 

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.