28 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Ramiz Mehdiyev Cənab Əliyevə qarşı ən radikal müxalifət qüvvələri ilə əməkdaşlıq edir

Read Time:1 Minute, 24 Second

 95 

Ramiz Mehdiyev Cənab Əliyevə qarşı ən radikal müxalifət qüvvələri ilə əməkdaşlıq edir

ABŞ-ın məşhur “The Washington Times” qəzetinin 7 sentyabr sayında “America and Western allies must push back against Russia’s assault on its neighbors” (“Amerika və Qərb müttəfiqləri Rusiyanın qonşularına qarşı hücumlarına müqavimət göstərməlidir”) adlı məqalə dərc olunub.

 

Müəllif Pol Miller məqalədə Azərbaycan üçün də önəmli olan məqamlara toxunub.

 

IPmedia.info sözügedən yazını sizlərə təqdim edir:

 

“Rusiyanın Belarus üzərindəki nüfuzunun genişlənməsi Moskvanın ABŞ-a siyasi müdaxilə cəhdlərinin və Amerikanın xaricdəki qüvvələrinə qarşı fəaliyyətlərinin davamıdır.

 

Bu hadisələr son 20 ildə Rusiyanın siyasətini müşahidə edən heç kəsi təəccübləndirmir, çünki Rusiya yaxın qonşuluğunda eyni hibrid üsullardan istifadə edir. Rusiya siyasi təxribat, birbaşa hərbi əməliyyat və enerji (əsasən təbbi qaz) təchizatı sahələrində manipulyasiya edərək qonşularını zəiflətməyə və öz əhatə dairəsinə çəkməyə çalışır. Görünür ki, bu həm Moskvanın post-imperiya həsrətindən, həm də keçmiş Sovet Respublikalarının Qərbə yaxınlaşması ilə bağlı Rusiyanın açıq-aydın paranoyasından qaynaqlanır. Moskva üçün qonşuların hər hansı bir müstəqillik əlaməti Qərbin mühasirəsinin sübutudur.

 

Bu yaxınlarda Rusiya qardaş ölkə olan inadkar Belarusu iflas ssenarisinə sürükləməyi bacardı. Kremlin müəyyən etdiyi normadan artıq Qərblə yaxınlaşan Belarusun eksentrik Prezidenti Aleksandr Lukaşenkoya dərs vermək əzmində olan Moskva müxalifəti sakitcə dəstəkləmiş, bununla da gözləndiyi kimi Lukaşenkonun mübaliğəli və Qərbin eyni dərəcədə güman edilən reaksiyasına səbəb olmuşdu.

 

Lukaşenkonun Moskvaya tamamilə təslim olması ilə hakimiyyətdə qalmasından və ya müxalifətə növbəti seçkilərdə güzəştə getməsindən asılı olmayaraq, Rusiya Belarus üzərində tam nəzarəti effektiv şəkildə geri qaytarmaqla və SSRİ 2.0 layihəsini yenidən işə salaraq qalib gəlir. Hadisələrin bu dinamikası digər post-Sovet dövlətləri üçün xəbərdarlıq təşkil edir.

 

Moskva bütün üsullardan istifadə edərək dünyanın strateji regionlarından olan, Rusiyanın ən müstəqil qonşusu Azərbaycana təzyiq göstərməyi qərara alıb.

0