21 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Rəşad Sadıqov klub məşqçisi kimi ilk rəsmi qələbəsini qazanıb

Read Time:2 Minute, 26 Second

 110 

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dünən klub baş məşqçisi kimi ilk rəsmi qələbəsini qazanıb. Bu, Premyer Liqanın 2-ci turunda “Səbail”ə qarşı səfər matçında (2:1) baş verib.

 

IPmedia.info, Qol.az-a istinadən xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında həm bu oyun, həm məşqçi kimi baxışları və hədəfləri, eləcə də milli komanda haqda fikirlərini bildirib.

 

Oyun haqda

 

“Maraqlı oyun alındı. Necə gözləyirdiksə, elə də keçdi. “Səbail” ilk turda “Neftçi”yə qarşı yaxşı, əzmkar mübarizə aparmışdı. Səfər matçında təzyiq yarada bilmişdi. Bilirdik ki, bu komanda ilk saniyədən son saniyəyə qədər yaxşı mübarizə aparacaq, təslim olmayacaqlar. Düşünürəm ki, komandamız üçün çox vacib 3 xal qazandıq. Gələcəkdə də çalışacağıq ki, bu uğurların davamını gətirək”.

 

“Zirə”də nə çatır, nə çatmır?

 

“Təbii ki, komandada çatışmayan şeylər var və bu, həmişə olacaq. Birinci oyunla müqayisədə məncə, topa nəzarət, güc baxımından komanda daha hazırlıqlı idi”

 

“Futbolçulara aşılayıram ki, biz əvvəlcə təmiz futbol oynamalıyıq”

 

“Hədəflərimlə bağlı bunu deyə bilərəm ki, mən qarşıma mütləq birinci yeri qazanmalıyam, Avroliqaya getməliyəm deyə qoyulan məqsədləri sevmirəm. Biz hər matçda uğur qazanmağı qarşımıza vəzifə qoymuşuq. Rəhbərliklə danışanda onlar da qarşıma hədəf, məqsəd qoydu ki, düzgün oyun, komandanın inkişafı istənilir. Biz də komanda olaraq günü-gündən bu inkişaf yolunda düzgün addımlar atmaq istəyirik. Mən elə bir insanam ki, həm beynəlxalq matçlarda, həm milli komanda səviyyəsində oyunlarda həmişə hər şeyin ən yaxşısını istəmişəm. Hələ tək özümdən danışsam, bir baş məşqçi kimi istəyirəm ki, qələbə qazanım, ən azından Avroliqaya düşüm. Özümü sığortalamıram. Qarşıma hədəflər qoymuşam. Amma çalışıram ki, o hədəflərə doğru yolla, düzgün futbolla çataq. Yəni futbolçularımız taktiki cəhətdən, oyun planında inkişaf etsinlər, daha yaxşı oynasınlar, kollektiv şəkildə çıxış etsinlər, komanda şəklində formalaşaq. Məhz bu yolla nəticə qazanmaq istəyirəm. Nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq deyə bir şey yoxdur. Futbolçulara da aşılayıram ki, biz əvvəlcə təmiz futbol oynamalıyıq. Təbii ki, qələbə həmişə şirindi. Amma adam istəyir ki, qələbə baxımlı, gözəl futbolla olsun. Lap çıxdıq Avroliqaya. Burda yolla nəticə əldə edəndə, sabah eyni yolla Avropa Liqasında uğur qazana bilməyəcəksən. Avroliqada çıxış edəndə istər “Qarabağ”, istər digər klublar səviyyəsində baxanda görürdün ki, adları böyük deyil, amma meydançadakı davranışları, futbol oynamaqları, taktiki gedişatları adamı xoş mənada təəccübləndirdi. Mən də istəyirəm ki, nəticə qazansaq, Avropa Liqasına düşsək belə, komandamız oradakı matçlara hazır olsun. Biz böyüyək, mən məşqçi kimi böyüyüm, futbolçularım da. “Zirə”də çox keyfiyyətli oyunçular var. Onlar oynadıqları futboldan daha yaxşısını oynaya bilərlər. Komanda şəklində çıxış etsələr, hər kəs meydançada nə edəcəyini daha yaxşı bilsə, düşünürəm ki, daha üstün oyun olar, hər biri inkişaf edər, böyüyər, milli səviyyəsində yüksələr. Məncə, komandamızda 5-6 namizəd var ki, futbolumuzun bugünü və gələcəyidir. Sadəcə onlar öz potensiallarını düzgün qiymətləndirmirlər. Yanaşmalarına, oyundakı davranışlarına baxıram, artıq fikirləri dəyişməyə başlayıb. İndi fərqli yanaşırlar. Oyunlarda görürsən ki, daha cəsurdurlar, inamlıdırlar. Belə deyim, komanda ilə nəticə barəsində danışmamışam. Amma bu, mənim üçüm sığorta deyil. Harda oluram-olum, nəticə qazanmaq istəyəcəm. Amma bunun hansı yollarla olmağı mənim üçün çox önəmlidir”.

0