Rəşad Kəsəmənli-Müsahibə

Rəşad Kəsəmənli-Müsahibə

Read Time:3 Minute, 15 Second

 1,026 

Bu günki müsahibimiz dahi şəxsiyyət  şair, publisist Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənlidir.

-Nüsrət Kəsəmənli kimi xalqın sevimli şairinin oğlu olmaq necə bir hissdir?Kəsəmənli soyadı sizin üçün nələri ifadə edir?

Kəsəmənli soyadı mənim üçün çox şeyi ifadə edir.Fərqlilik və məsuliyyət ifadə edir.Necəki elə atamın adı.Çünki,onun oğlu olmaq böyük şərəf və fəxrdirsə ,o qədər də məsuliyyətdir.Hətta bəlkə, ondan da artıq məsuliyyətdir.Allaha şükür ki,o məsuliyyəti layiqincə yerinə yetirmişəm və daşıya bilmişəm.Əsas odurki,o ada xələl gətirilməsin və düşünürəmki məndə gətirməmişəm.inşAllah ki sona qədər belə olar.Çünki ,bir valideyn üçün ən gözəl və fəxrli iş övladının onun adına xəlil gətirməməyidir.Fikirləşirəm ki ,bu işin öhdəsin dən gəlmişəm.

-Efirə ilk gəlişiniz,məhşurluğunuz hansı hadisədən sonra baş verdi?

Əslində efirdə çoxdan idim.Uşaq yaşlarımdan hətta 3 və 4 -cü siniflərdən efirdəyəm.Bir çox çəkiliş və aktyorluq dərnəklərin də olurdum.Amma tam efir də tamaşaçının məni tanıyıb və sevməsi Nazpəri Dostaliyevin “Mənim göz yaşlarımı görməyəcəksən” klipindən sonra oldu.Bu mənim üçün tromplen oldu.Ondan o tərəfə isə bacarığımı ,istedadımı ortaya qoyaraq tamaşaçının yaddaşın da möhkəmləndim.

-Bildiyimə görə 1999 cu ildən efirdəsiniz,bir çox rolları oynamısınız bir -birindən maraqlı və gözəl.Oynadığınız rollardan hansı ruhunuza daha yaxın olub?

Düzdür,tamamilə doğru buyurursunuz.Çoxdan efirdəyəm,ancaq,1999 cu ildən daha çox tamaşaçının yaddaşına həkk olumuşam.Bütün rollar mənə əzizdir,lakin fərqli olanı nəzərdə tutsaq,özüm özümü heç bir rolda oynamamışam.Oynadığım heç bir rolda mən deyiləm.Hamsın da xasiyhətimə zidd xarakterlər var.Hələ şah əsərimi oynamamışam.Daha çox psixoloji dram oynamaq isdiyirəm ki,əsl aktyor sənətinin nə olduğunu və fərqi tamaşaçıya göstərə bilim.Bildiyiniz kimi psixoloji rolu oynamaq çox çətindir

-İlk təhsiliniz hüquq fakultəsi olub,lakin ikinci kurs dan sonra imtina etmisiniz.Bu addımınıza görə heç peşman olmusunuz?

Çox düz,buyurursunuz.Mən hüquq fakultəsin də oxumuşam 2 ci kursa qədər.Ondan sonra könüllü olaraq ordu sıralarına getmişəm,bildiyiniz kimi o zamanlar müharibə dövrü idi.Yəni mən getməyə.də bilərdim, amma,könüllü sürət də ordu sıralarına yazıldım.Qayıdandan sonra ,istədiyim peşəyə sahib oldum,yəni getdim İncəsənət univertetinə sənədlərimi verdim və qəbul olundum.Peşman olmağa qalsa,daxilimdəki istək aktyorluqdur .Amma peşmançılığa qalsa,peşman olmuşam.Çünki ,indi ölkəmiz də əsl aktyorla yoldan keçənin fərqi elədə böyük deyil.Və buna görə də insan peşman olur.

-Siz də Nüsrət Kəsəmənli kimi gözəl şeirlərin müəllifinisiniz.Heç öz şeirlərinizi Nüsrət Kəsəmənlinin şeirləri ilə müqayisə etmisiniz?Sizi birləşdirən oxşar cəhətlər hansıdır.

Xeyr,əsla özümü onla müqayisə etmərəm.Bu ,birincisi naxələflik olar və mən bunu etmərəm.Amma insanların çoxu deyirki,siz də eyni abu-hava var.Bu da təbiiki ,gendən irəli gəlir.Dəstxəttimiz oxşar ola bilər.Amma təbiiki,bərabərlik ola bilməz.Yerlə-göy qədər fərq var.

– Siz dəyərli səhnələrimizin dəyərli aktyorusunuz,seriallarımızın məzmunu,fokus nöqtəsi sizi qane edirmi?Çatışmayan cəhətlər hansıdır sizcə?

Əslində bu günki serialların nə məzmunu nə çəkiliş tərzi,nə də aktyor oyunu mən deyən səviyyə də deyil.Bunu hərkəs də bilir və qəbul edir .Amma irəlləyiş çoxdur.Bunun da əsas səbəblərindən biri ekranda senzuranın və bədii şüranın olmamasıdır.Bunlar bərpa olunsa,həm senari cəhətdən həm çəkiliş tərzi cəhətdən rejisorlar,eyni zaman da filmlər də sırf aktyorlar olsalar beləcə inkişaf ola bilər.Belə desək,yenə də zənciri qıra biliblər.Ümid edəkki ,gələcək də daha yaxşı olacaq.

-Qarabağla hansısa layihələrini, planlarınız var?

Mən əslində rejisor deyiləm.Amma dövlət qurumlarına böyük bir təklifim və xahişim olardıki,ümumiyətlə bu gündən etibarən,elə gecikmədən vətənpərvərlik və müharibə mövzusun da çəkilən bütün filmlərə qadağa qoyulsun.Tender elan edilsin.Çünki bu mövzunu o qədər uzadacaqlar,əlin də telefonu olan da ,yoldan keçən də bu mövzu da çəkəcək.Hər kəs çəkərək,bu mövzunu elə pis vəziyətə qoyacaqlarki,mövzunun dadı -duzu qalmayacaq .Ən gözəli qadağa qoyulsun və tender elan edilsin.Çəkmək isdəyən 15 -20 dəqiqəlik bir video çəksin və təqdim etsin.Kim ki qalib olacaq dövlət qurumları tərəfindən baxsınlar və qalib olan şəxsə imkan yaratsınlar o da o filmi çəksin.Və o aktyor və rejisorlara da yardım olunsub.Beləliklə film olacaq şedevr.

Bayramova Xavər ®️

2+
MÜSAHİBƏ