Qubada kişinin qızını öldürməsinin təfərrüatı- Yenilənib

Qubada kişinin qızını öldürməsinin təfərrüatı- Yenilənib

Read Time:1 Minute, 0 Second

 96 

 

Qubanın Barlı kəndində atanın qızını boğaraq öldürməsi hadisəsinin təfərrüatları məlum olub.

 

İPmedia.info xəbər verir ki, kənd sakini, 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızı ailə quraraq Xaçmaz rayonuna köçüb, lakin bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Ailənin həmin nikahdan iki övladı var. Övladlar onun həyat yoldaşına verilib.

 

Z.İmanquliyeva ata evinə qayıtdıqdan sonra ailədə dəfələrlə mübahisələr yaranıb. Qadın ata evindən qaçıb. Axtarışa verilən Z.İmanquliyeva tapıldıqdan sonra ailə münaqişəsi yenə kəskinləşib. Nəticədə atası Məhərrəm İmanquliyev onu boğaraq öldürüb.

10:14

Oktyabrın 31-də saat 21:00 radələrində Quba rayonu, Barlı kənd sakini 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0
HADİSƏ