merry christmas

Yeni İliniz Mübarək

Read Time:46 Second

 194 

Quba rayonunda 12 min 50 hektar sahədə payızlıq taxıl əkiləcək.

İpmedia.info xəbər verir ki, artıq 3 min 500 hektar sahədə səpin başa çatdırılıb.

Taxıl əkiləcək sahələrdə keyfiyyətli şum aparılıb, gübrə verilib. Eyni zamanda, əkinçilər yüksək reproduksiyalı rayonlaşdırılmış toxum sortları və səpin aqreqatları ilə təmin olunurlar.

Təsərrüfatçı Müzəffər Musayev bildirib ki, bu il havaların quraq keçməsi səpinə mənfi təsir etsə də, taxılçılar kampaniyanın müvəffəqiyyətlə başa çatması üçün bütün qüvvələrini səfərbər ediblər.

Qubalı təsərrüfatçılar əsasən buğdanın “Qobustan”, “Bezos”, “Fatimə”, “Əzəmətli-95”, arpanın isə “Qarabağ 22” və “Cəlilabad” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir.

Fermer İslam Əlisultanov Kənd Təsərrüfatı Nazirliyinin taxılçılara hər cür dəstək göstərdiyini, yeni texnikalarla, minerallarla təmin edildiklərini bildirib. “Yüksək məhsuldarlıq əldə etmək üçün yeni texnologiyalara əməl olunmalıdır. Müasir texnologiya və metodlardan istifadə etsək, ölkəmizdə taxıla olan tələbatı yerli istehsalın hesabına ödəyə bilərik”, – deyə fermer vurğulayıb.

Ötən mövsüm Quba rayonu üzrə 33 min 600 ton taxıl əldə edilib.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.