24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Qonaq gedərkən qəzaya düşdülər

Read Time:28 Second

 91 

Ağdaşda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İpmedia.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Mürsəlov Aydın Mürsəl oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Qonaq gedərkən qəzaya düşən sürücü və sərnişinləri – Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərov Emin Ramazan oğlu, 1959-cu il təvəllüdlü Gülməmmədova Ayşən İlham qızı, 1991-ci il təvəllüdlü Kərimov Rafiq Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Ağdaş və Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0