Qırğızıstanda koronavirusa yoluxanların sayı 59 minə çatıb

Qırğızıstanda koronavirusa yoluxanların sayı 59 minə çatıb

Read Time:27 Second

 450 

Son gündə Qırğızıstanda COVID-19-a 484 nəfər yoluxub, pandemiya dövründə yoluxanların ümumi sayı 58 min 878 nəfərə çatıb.

İpmedia.info Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son sutkada 461, ümumiyyətlə isə 49 min 983 xəstə sağalıb.

Qeyd olunur ki, son 24 saatda virusdan 3 adam ölüb, dünyasını dəyişənlərin sayı 1145 nəfər təşkil edib.

Xəstəxanalarda 3 min 413, ev şəraitində 3 min 767 xəstənin müalicə olunduğu bildirilir.

Son gün ərzində 1, pandemiya başlayandan isə 3 min 613 tibb işçisi koronavirusa yoluxub, onların 3 min 324-ü sağalıb.

0
COVİD-19 DÜNYA