27 Oktyabr 2020

İpmedia.info

İnternational Press

razılaşma müqavilə imza

Qeyri Hökumət Təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib

Read Time:1 Minute, 44 Second

 28 

Bütün digər beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə Qeyri Hökumət Təşkilatları (QHT) müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlamışdı. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhalisi bombardman edilmiş və nəticədə mülki əhali və hərbi qulluqçulardan bir həlak olmuş və yaralanmışdır. Mülki vətəndaşların əmlaklarına və mülklərinə ciddi ziyan dəymişdir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin heç kimdən gizlətmədən uzun müdddət hazırlaşdığı və Azərbaycana qarşı bu gün başlatdığı hücum hazırda bütün cəbhə boyu davam edir. Azərbaycanın Ermənistan tərəfini insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı təkidli çağırışlarına baxmayaraq işğalçı ölkə öz çirkin əməllərindən əl çəkmir və  beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmaqda davam edir.

Sentyabrın 27-də isə Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü həyata keçirməklə bir daha dünyaya meydan oxumağa başladı. Ermənistan beynəlxalq humanitar hüququn, həmçinin insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı qəbul edən və qoşulan ölkələrdən biri olmasına baxmayaraq, dinc əhalinin bu kimi alçaq hücümlarla bilərəkdən qətlə yetirir və  terrorçu mahiyyətini bir daha dünyaya nümayiş etdirir.

Azərbaycan hər zaman mənfur işğalçıların təxribatları ilə üz-üzə qalıb. Bütün dünya ictimaiyyəti və bütün təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır lakin bütün danışıqların sonunda Ermənistan yeni təxribatlara əl ataraq bütün prosesi iflic vəziyyətə salır. Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur.

Buna görə də, biz, bu bəyanata imza atan Azərbaycanın bütün qeyri-hökumət təşkilataları sizə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız.

502 QHT-nin imzası ilə təsdiq olunub”.

1+