22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Qarabağ”ın prezidenti Tahir Gözel baş tutacaq Qarabağ” – “Molde” görüşünün yeri ilə bağlı yaranan problem barədə danışdi

Read Time:47 Second

 88 

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Molde” görüşünün yeri ilə bağlı yaranan problem barədə danışıb. Tahir Gözel: “Hal-hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdü. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə “Qarabağ” tərəfi sonuna qədər haqlı olsa da UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlmişdir. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi məmnuniyyətlə bunu edərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi , bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm”.

0