22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

“Qarabağ” “Sumqayıt”la oyunda əzmkar heç-heçə etdi

Read Time:46 Second

 34 

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.

İpmedia.info “Report”a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Bank Respublika Arena”da “Qarabağ”ı qəbul edən “Sumqayıt” rəqibi ilə bərabərə qalıb – 2:2.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani “gənclik şəhəri” təmsilçisini hesabda önə çıxarıb. Bu, cənubi azərbaycanlı hücumçunun cari mövsümdə 4-cü qolu olub. Cəmi 2 dəqiqə sonra Cəmaləddin Xocaniyazov 2-ci topu Ağdam klubunun qapısından keçirib. “Qarabağ” 59-cu dəqiqədə Kvabena Ovusunun qolu ilə hesab arasındakı fərqi minimuma endirib. 90+5-ci dəqiqədə isə qonaqlar bərabərlik qolunu vurublar. Filip Ozobiç matçda yekun nəticəni müəyyənləşidirib.

Bu heç-heçədən sonra “Sumqayıt” 7 xalla vahid lider olub. “Qarabağ” isə 5 xalla 4-cü sıraya yüksəlib.

Qeyd edək ki, IV turun daha 2 oyunu – “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” matçları sabah keçiriləcək. Tura sentyabrın 27-də “Neftçi” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

0