merry christmas

Yeni İliniz Mübarək

Read Time:46 Second

 134 

backend
Qarabağ separatçılarının keçmiş lideri ağladı – Məğlub olduqlarına görə
facebook sharing button
twitter sharing button
odnoklassniki sharing button
vk sharing button
sharethis sharing button
01 Noyabr, 2020 – 11:418
“Bako Saakyanı ağlayan gördüm”.

İpmedia.info xəbər verir ki, bunu 90-cı illərin Qarabağ canilərindən olan Şahe Acemyan deyib.

O “Facebook” səhifəsində yazıb: “Cəbhəyə yola düşməmişdən öncə Xankəndində kilsədə dua edirdik. Kilsədə şam yandırarkən birdən həyəcan siqnalı çalındı, şəhərdə partlayışlar eşitdik və hamı dağılışdı. Kilsədən çıxanda keçmiş “prezident”, komandirim Bako Saakyanın həyətdəki skamyada oturduğunu gördüm. Gözlərinə baxaraq yaxınlaşdım. Saakyanın həyəcanlı, yaşla dolu gözlərini gördüm”.

Azvision.az xatırladır ki, Şahe Acemyan 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçudur. 1992-1994-cü illərdə Qarabağ müharibəsində xüsusi fəallıq göstərib və “Xaçlılar” dəstəsinin komandiri Qaro Kaxkeçyanın ən yaxın adamı olub. Hazırda İrəvanda yaşayan Acemyanın əli bir çox günahsız azərbaycanlının qanına batıb. O, aktiv şəkildə həm virtual aləmdə, həm də real həyatda anti-Azərbaycan təbliğatı aparır.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.