Read Time:38 Second

 199 

Erməni işğalı altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda bir aydan çoxdur ki, davam edən Vətən müharibəsində vətəndaşlarımızın Şanlı Azərbaycan Ordusuna sevgisi təqdirəlayiqdir. Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsi Qəbələ rayonunda da uğurla davam edir.

Rayon icra hakimiyyətindən  bildirilib ki, layihə çərçivəsində rayon sakinləri Qəbələ “ASAN xidmət” mərkəzi tərəfindən ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq cəbhə bölgəsində döyüşən əsgərlərimizə məktublar yazır, onlara mənəvi dəstək olur, arzularını bildirirlər. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinin bu gün vətəndaşlarımızın mənəvi dəstəyinə daha çox ehtiyacı var. Məktublarda Müzəffər Ordumuzun tezliklə üçrəngli bayrağımızı işğal olunmuş ərazilərimizin hər bir guşəsində dalğalandıracağına ümid ifadə edilir.

Layihə çərçivəsində toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq.

İpmedia.info

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.