29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Prezident: Xalqımızı aldatmamaliyiq, danışıqlar getmir.

Read Time:57 Second

 85 

İpmedia.info xəbər verir ki, “Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesine ciddi zərbə vurdu. O, ” Qarabağ Ermenistanindir” deməklə nəinki yalanı bütün dünyaya yaydı və bu davam edir, eyni zamanda danışıqlar prosesini menasiz edir. Əgər o hesab edir ki, Qarabağ Ermenistanindir, onda nə barədə danışmaq olar? Halbuki butun dünya bu cəfəng fikri rədd edib, onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Bu siyasi texribatdir:”.

Bu sözləri Prezident İlham Əliyev Bakı dəniz özüllər zavodunda “Abşeron” yatağının deniz əməliyyatlarının təməlqoyma merasiminden sonra Azərbaycan telekanallarına müsahibəsində deyib:

” İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu formatı dəyişmək deməkdir və buna heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir temaslarimiz ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna elbbette ki, razı ola bilməzdilər.

Faktiki olaraq bu danışıqlar onu deməyə əsas verir ki, Biz deyil, Ermənistan danışıqlardan çıxıb. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək ki, sadəcə məsuliyyətsizlik olar və özümüz ozumuzu, xalqimizi aldatmamaliyiq. Danışıqlar getmir, bu da pandemiyaya görə baş vermir. Əlbəttə də pandemiya müdaxilə edib , ancaq pandemiyasiz da danışıqlar getmir.

1+