merry christmas

Yeni İliniz Mübarək

Read Time:38 Second

 146 

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində Gürcüstan ilə bağlı fikirləri bu ölkənin mətbuatının əsas xəbər başlıqlarına çevrilib.

 

IPmedia.info xəbər verir ki, report.ge, interpressnews.ge, sputnik-georgia.ru,24news.ge, apsny.ge, newsday.ge, palitranews.ge informasiya agentlikləri Prezident İlham Əliyevin təkcə “Fox News” kanalına deyil, dünyanın bir sıra aparıcı KİV-lərinə müsahibələrindən də fikirlər dərc ediblər.

 

Materiallardan Azərbaycan Prezidentinin bu fikirlərinə xüsusilə önəm verilir: “Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir”.

 

Qeyd edək ki, bu gün Gürcüstan mətbuatında bu mövzuda 20-dən çox material dərc olunub.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.