24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Prezident: Danışıqlar münaqişənin siyasi həllinə və ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır

Read Time:53 Second

 22 

ipmedia.info  report.az-a istinadən xəbər verir ki,

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

1882
9 Oktyabr , 2020 23:57

Prezident: Danışıqlar münaqişənin siyasi həllinə və ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır

Prezident: Danışıqlar münaqişənin siyasi həllinə və ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır

“Azərbaycan həmişə danışıqlar prosesini dəstəkləmişdir. Səmimi söyləsəm, ATƏT-in Minsk qrupunun yaradılmasından bəri 28 il müddətində biz danışıqlarda iştirak edirik. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər. Buna görə ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır”.

0