24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Prezident Ərdoğan, Küveyt və Qətərə gedəcək

Read Time:32 Second

 347 

Ipmedia.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Küveyt və Qətərə bir günlük səfər edəcək. Rabitə Müdirliyinin verdiyi açıqlamaya görə, Prezident Ərdoğan, Küveytə səfəri çərçivəsində mərhum Küveyt əmiri Şeyx Sabahdan sonra vəzifəsini icra edən Küveyt əmiri Şeyx Nevvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşəcək. Danışıqlarda ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə ediləcək və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq. Ərdoğan, daha sonra səyahət edəcəyi Qətərdə Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcək. Rəcəb Tayyib Ərdoğan və Al Sani’nin iki ölkə arasındakı mövcud əməkdaşlığı daha da inkişaf etdirmək imkanlarını qiymətləndirəcəkləri, eyni zamanda regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparacağı düşünülür.

0