24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Online dərs zamanı vəziyyəti pisləşən professor vəfat etdi

Read Time:35 Second

 159 

Argentinada yeni bir koronavirus (Kovid-19) növünə tutulan professor, Zoom tətbiqi ilə tələbələrinə ilə dərsdə olduğu zaman vəziyyəti pisləşib. Vəziyyəti ağır olan professor xəstəxanada vəfat edib.

“International Press” xarici mətbuata istinadən xəbər verir ki,
Buenos Ayresdəki “Universidad Argentina de la Empasa” Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər üzrə professoru Paola de Simone Zoom tətbiqi ilə tələbələrinə dərs zamanı halı pisləşib və xəstəxanada vəfat edib.

Əldə edilən məlumata görə, 46 yaşlı professor onlayn dərs zamanı tələbələrinə  özünü pis hiss etdiyini söyləyib.  Bir müddət sonra yıxılan professorun vəziyyətini görən tələbələr professorun evinə təcili yardımı çağırıb.

Universitetdən bir akademik mövzu ilə əlaqədar verdiyi açıqlamada, Simonun sıx öskürəyə baxmayaraq mühazirə oxumağa davam etdiyini söylədi.

Universitet professorun vəfatından üzgün olduğunu bildirən bir şərh paylaşdı.

3+