22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Nyu-York birjasında qiymətlər yüksəldi

Read Time:28 Second

 17 

ipmedia.info  report.az -a istinadən xəbər verir ki,

Nyu-York Fond Birjasında (NYSE) bugünkü hərracın əvvəlindən müsbət dinamika qeydə alınıb.

“Dow Jones” sənaye indeksi 530,70 bənd (1,91 faiz) artaraq 28 303,46 faiz bəndinə, “S&P” 500 indeksi 58,50 bənd (1,74 faiz) artaraq 3 419,45 faiz bəndinə, “Nasdaq” elektron indeksi isə 210,00 bənd (1,88 faiz) artaraq 11 364,60 bəndə yüksəlib.

Bununla yanaşı, WTI markalı neft 0,08 faiz bahalaşaraq 39,98 ABŞ dollarından, qızıl 0,02 faiz ucuzlaşaraq 1, 890,50 ABŞ dollarından satılıb.

0