22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Niva” “BakuBus”a çırpıldı – Foto

Read Time:21 Second

 64 

Bu gün axşam saatlarında 7A marşrut xətti üzrə hərəkətdə olan 99 JH 268 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu metronun “Q.Qarayev” stansiyası yaxınlığında qəzaya uğrayıb. 

İpmedia “Qafqazinfo”a istinadən xəbər verir ki, qəza əks yolda hərəkət edən “Niva” markalı minik avtomobilinin idarəetməni itirərək avtobusa çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, minik avtomobili yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb. Hazırda qəza ilə bağlı araşdırmalar aparılır. Avtobusdakı sərnişinlər arasında xəsarət alan yoxdur.

 


0